Türkiyədə təhlükəsizlik qurumunun 166 əməkdaşı həbs edilib

Türkiyədə təhlükəsizlik qurumunun 166 əməkdaşı həbs edilib

Oktyabrın 7-də səhər saatlarında Türkiyənin 35 əyalətində, habelə İstanbulun 26 rayonunda təhlükəsizlik idarəsinin vəzifəli əməkdaşlarına qarşı eyni vaxtda əməliyyat keçirilib.

Oxu.Az Report-a istinadən xəbər verir ki, həmin şəxslər “ByLock” adlı kompüter proqramından istifadə etməkdə şübhəli bilinirlər.

Bu proqramla bağlı aparılan istintaq çərçivəsində təhlükəsizlik idarəsinin 166 məmuru, o cümlədən 13 müdir, 114 rütbəli əməkdaş və 39 polis məmuru barəsində həbs qərarı verilib.

Məlumata görə, “ByLock” əlaqə proqramıdır. Fətullahçı Terror Təşkilatının (FETÖ) başçısı Fətullah Gülən qrup üzvlərini bu proqram vasitəsilə təlimatlandırırmış, onlara təlimat göndərirmiş.

A.S.

0
22