Nyu-Yorkda Putinin böyük portreti asılıb

Nyu-Yorkda Putinin böyük portreti asılıb

Naməlum şəxslər üzərində Rusiya prezidenti Vladimir Putinin təsviri olan və “peacemaker” (sülhməramlı) sözü yazılmış banneri Nyu-Yorka İst-River körfəzi üzərində Manhetten körpüsündə asıblar.

Oxu.Az Lenta.ru-ya istinadən xəbər verir ki, Putinin 9x6 metr ölçüdə olan portreti Rusiya və Suriyanın bayraqları fonunda yerli vaxt ilə 14:30-da körpünün Manhetten ilə Bruklini birləşdirən şimal hissəsində asılıb.

Bir müddət sonra banner çıxarılıb.

Hazırda müşahidə kameralarındakı yazılar araşdırılır. Lakin hələlik portretin müəlliflərinin kimliyi müəyyənləşdirilməyib.

N.O.

0
8