Vergilər nazirliyində yeni təyinat

Vergilər nazirliyində yeni təyinat

Vergilər Nazirliyində kadr dəyişikliyi baş verib.

Oxu.Az Report-a istinadən xəbər verir ki, Beynəlxalq əməkdaşlıq və maliyyə institutlarında vergi monitorinqi Baş İdarəsinin rəisi, III dərəcəli dövlət vergi xidməti müşaviri Zaur İntiqam oğlu Fətizadə vəzifəsindən azad edilib.

Həmin vəzifəni müvəqqəti olaraq vergi xidməti müşaviri Orxan Azad oğlu Musayev icra edir.

Z.Fətizadə isə nazirliyin Vergi risklərinin təhlili və nəzarəti Baş İdarəsinin rəisi təyin olunub.

Qeyd edək ki, adıçəkilən idarənin rəisi Əflatun Məmmədov vergilər naziri Fazil Məmmədovun müşaviri təyin edilib.

U.A.

0
9