Amerika məhkəməsi Küveyt sakinini “Twitter” vasitəsilə dinləməyə çağırıb

Amerika məhkəməsi Küveyt sakinini “Twitter” vasitəsilə dinləməyə çağırıb

Küveyt sakini ilk dəfə “Twitter” vasitəsilə ABŞ-da məhkəməyə çağırılıb.

Oxu.Az xəbər verir ki, bu barədə “US News & World Report” jurnalı məlumat yayıb.

Küveytin dini xadimi Həcjaj ben Fahd əl-Əcmi Yaxın Şərqdə “Cəbhə ən-Nüsrə” terror qruplaşmasının maliyyələşdirilməsinə dair iş üzrə araşdırmaya cəlb edilib.

Ona qarşı iddianı Suriya və İraqda yaraqlıların əməllərindən zərər çəkmiş yüz minlərlə Assuriya xristianı irəli sürüb. Dəyən zərərə görə, onlar təzminat tələb edirlər (təzminatın məbləği dəqiqləşdirilmir).

İşə Kaliforniya ştatının federal hakimi Lorel Biler baxır. İlkin dinləmələrdə o, işin fiqurantını adi yolla məhkəməyə çağırılmasının mümkün olmadığına dair nəticəyə gəlib. Bununla yanaşı, Biler müəyyən edib ki, əl-Əcmi fəal şəkildə “Twitter”dən istifadə edir və onu məhkəməyə sosial şəbəkə vasitəsilə ismarıc yollayaraq çağırıb. Müttəhim tərəfindən hansı reaksiyanın verildiyi dəqiqləşdirilmir.

N.O.

www.oxu.az

0
13