Fazil Məmmədovun müşavirlərinin sayı ona çatdı

Fazil Məmmədovun müşavirlərinin sayı ona çatdı

Vergilər naziri Fazil Məmmədovun müşavirlərinin sayı artırılıb.

Vergilər Nazirliyindən Oxu.Az-a verilən xəbər görə, Firuz Həsənov və Əflatun Məmmədov vergilər nazirinin müşaviri təyin edilib.

Bununla da nazirin müşavirlərinin sayı 10-a çatıb.

Qeyd edək ki, nazirin digər müşavirləri Ələkbər Məmmədov, Riyad Hüseynov, Habil Məmmədov, İlqar Əhmədov, İlham Əmirəliyev, Taryel Quliyev, Elçin Məmmədov, Rəşad Həbibovdur.

U.A.

0
9