Avropa İttifaqının nümayəndə heyəti Nəqliyyat Nazirliyində olub

Avropa İttifaqının nümayəndə heyəti Nəqliyyat Nazirliyində olub

Müzakirələr aparılıb.

Avropa İttifaqı nümayəndə heyəti Nəqliyyat Nazirliyində olub. 

Bu barədə Nəqliyyat Nazirliyindən Oxu.Az-a bildirilib ki, görüş zamanı Avropa İttifaqı ilə Azərbaycan arasında nəqliyyat sahəsində əməkdaşlığın möhkəmləndirilməsi məsələsindən danışılıb. 

Avropa Komissiyasının Genişlənmə və qonşuluq siyasəti üzrə baş direktorluğunun Şərq qonşuluğunda regional proqramlara məsul bölmənin başçısı Vassilis Maraqosun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edən nazir müavini Musa Pənahov Azərbaycanda yol-nəqliyyat kompleksi sahəsində həyata keçirilən infrastruktur layihələri, aparılan struktur islahatları barədə qonaqlara məlumat verib. 

Nəqliyyat sahəsində beynəlxalq əməkdaşlığın inkişaf etdirildiyini diqqətə çatdıran M.Pənahov ölkənin tranzit potensialının artırılması, tranzit daşımaların asanlaşdırılması istiqamətində tədbirlər görüldüyünü  bildirib. 

Görüş zamanı Azərbaycanda nəqliyyat sisteminin daha da inkişaf etdirilməsinin, daşımaların təhlükəsizliyinin,  infrastrukturun yeniləşdirilməsinin vacibliyi vurğulanıb, nəqliyyat  əlaqələrinin təkmilləşdirilməsinin gələcək strategiyasına dair Aİ-nin təqdim etdiyi təkliflər və yeni layihələr ətrafında müzakirələr aparılıb.   

0
35