Almaz Ələsgərli 50 yaşını restoranda belə qeyd etdi - FOTOLENT

Almaz Ələsgərli 50 yaşını restoranda belə qeyd etdi - FOTOLENT

Əməkdar artist Almaz Ələsgərli 50 yaşını qeyd edib. 

Lent.az-ın məlumatına görə, ifaçı gecəyə ailə üzvlərini, yaxın dostlarını çağırıb. Şəhər restoranlarından birində baş tutan məclisdə qızı Əminə A.Ələsgərliyə sürpriz edib. O, anası üçün mahnı səsləndirib. 

Hazırda İsveçdə təhsil alan digər qızı Mədinə isə ifaçıya zəng edərək, ürək sözlərini deyib. 

Qeyd edək ki, məclisdə müğənnilərdən “Faytonçu” Nazim Pişyari, Kərim Abbasov, İlqar Sail, Samirə Yusifqızı, qarmon ifaçısı Gülbahar Şükürlü, aktrisa Nahidə Orucova, aparıcılar İradə İsak, Anar Vaqifoğlu və başqaları gəlmişdi.


Foto: Nəriman İsmayılova məxsusdur.

0
6