Mərkəzi Bank 50 milyon manat cəlb etmək niyyətindədir

Mərkəzi Bank 50 milyon manat cəlb etmək niyyətindədir

Növbəti depozit hərracı keçiriləcək.Azərbaycan Mərkəzi Bankı vəsaitlərin cəlb edilməsi üzrə növbəti dəfə depozit hərracı keçirəcək.

Oxu.Az banka istinadən xəbər verir ki, oktyabrın 10-da keçiriləcək depozit hərracında 50 milyon manat məbləğində vəsaitin cəlbi nəzərdə tutulur.

Depozit hərracının müddəti 28 gün təşkil edir. Hərrac üzrə faiz dərəcələri 12,01%-14,99% təşkil edir. Hərrac “Bloomberg” ticarət platformasında keçiriləcək.

U.A.

0
10