Bakıda anasını itirən gənc intihar etdi

Bakıda anasını itirən gənc intihar etdi

Bakıda intihar hadisəsi baş verib.

Oxu.Az xəbər verir ki, Sabunçu Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə ötən gecə rayonun Kalinin küçəsi, 4 ünvanında qeydə alınıb.

Həmin ünvanda yaşayan, 18 yaşlı Xəyal Surxay oğlu Yəhyalı özünü asıb.

Məlumata görə, X.Yəhyalı 2 il əvvəl anasını itirib. Həmin vaxtdan bəri depressiyaya qapanan gənc bir neçə dəfə intihara cəhd edibmiş.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

E.Ə.

0
8