Pentaqon Suriyadakı “S-300”-lə bağlı tədbir görəcək

Pentaqon Suriyadakı “S-300”-lə bağlı tədbir görəcək

Pentaqon Rusiyanın Suriyada “S-300” zenit-raket sistemlərinin yerləşdirməsi ilə əlaqədar təhlükəsizlik tədbirlərini həyata keçirməkdə davam etdirəcək.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu Pentaqonun mətbuat katibi Piter Kuk deyib.

“Ekipajlarımızın fəaliyyətini daha təhlükəsiz etmək üçün biz bütün lazımi addımları atmaqda davam edəcəyik”, - deyə Kuk qeyd edib.  

Kuk,  “S-300” komplekslərinin kimə tuşlandığına dair suala cavabında qeyd edib ki, Suriyadakı terror qruplaşmaları aviasiyaya malik deyillər və jurnalistlərdən qeyd olunan sualı Rusiya tərəfinə yönəltməyi xahiş edib.

Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov bundan əvvəl bildirib ki, Xmeymim və Tartus şəhərlərində yerləşdirilmiş “S-300” və “S-400” kompleksləri “istənilən müəyyənləşdirilməmiş obyekt üçün sürpriz ola bilər”.    

0
12