Azərbaycanlı rəssamın əsərləri Londonda sərgilənir

Azərbaycanlı rəssamın əsərləri Londonda sərgilənir

Londonda Britaniya Kral Cəmiyyəti nəzdində fəaliyyət göstərən rəssamlar birliyində dəniz mövzusuna həsr olunan sərgi açılıb.

Lent.az Azərtac-a istinadən xəbər verir ki, sərgidə azərbaycanlı rəssam Cəsar Məmmədovun Xəzər dənizinə həsr olunmuş iki sənət əsəri də yer alıb.

Londonun məşhur “MALL” qalereya salonlarından birində keçirilən sərgi “Royal Union” Rəssamlar Birliyinin 50 illiyinə həsr olunub. Sərgidə məşhur fırça ustalarının 400-dək əl işi nümayiş edilir. Əsərlərin hər biri rəssamların dəniz mövzusuna olan münasibətini əks etdirir.

Sərgi oktyabrın 8-dək davam edəcək.

Qeyd edək ki, gənc fırça ustası C.Məmmədovun sənət əsərləri indiyədək Sinqapur, Fransa, Rusiya, Portuqaliya, İspaniya və Türkiyədə keçirilən müxtəlif sərgilərdə nümayiş edilib. Hazırda onun bir sıra əsərləri dünyanın bir çox qalereyalarında sərgilənir.

0
8