Rusiya və Ermənistan hərbçiləri birgə təlimlər keçirəcəklər

Rusiya və Ermənistan hərbçiləri birgə təlimlər keçirəcəklər

Rusiya və Ermənistan hərbçiləri “Alagəz” yüksək dağ poliqonunda döyüş atışları ilə müşayiət olunacaq birgə taktiki təlimlər keçirəcəklər.

APA-nın xəbərinə görə, bu barədə “RİA Novosti”yə Rusiyanın Cənub Hərbi Dairəsinin mətbuat xidmətindən bildirilib. Məlumata görə, təlimlər Rusiya və Ermənistan birləşmiş qoşun qruplaşmasının komandanı general-mayor Andranik Makaryanın ümumi rəhbərliyi altında keçiriləcək.

Xatırladaq ki, Rusiya Silahlı Qüvvələrinin  Baş Əməliyyat və Taktiki İdarəsinin nümayəndə heyəti iyulda Ermənistana səfər edib. Səfərin məqsədi Rusiya və Ermənistan Silahlı Qüvvələrinin birləşmiş qoşun qruplaşması haqqında müqavilənin imzalanmasına dair yekun müzakirənin və hazırlıq işinin aparılması olub.

Qeyd edək ki, Ermənistan prezidenti Serj Sarkisyan iyulun 7-də general-mayor Andranik Makaryanı 4-cü korpus komandiri vəzifəsindən azad edərək Ermənistan və Rusiya Silahlı Qüvvələrinin birləşmiş qoşun qruplaşmasının komandanı təyin edib.

0
11