Bakı Şəhər Polis İdarəsinin – KRİMİNAL HESABATI

Bakı Şəhər Polis İdarəsinin – KRİMİNAL HESABATI

Dövriyyədən 114 kq-dan çox narkotik vasitə çıxarılıb.

Bu il Bakıda 21 soyğunçuluq və quldurluq cinayəti törətmiş 40 nəfərdən ibarət 17 qrup, eləcə də mənzillərdən 45 oğurluq törətmiş 48 nəfərdən ibarət 19 cinayətkar qrup ifşa olunub.

Oxu.Az-ın məlumatına görə, bu barədə Bakı Şəhər Baş Polis İdarəsində bu gün keçirilən əməliyyat müşavirəsində bildirilib.

Qeyd olunub ki, 2016-cı ilin 3 ayı ərzində paytaxtda Daxili İşlər Nazirliyi və Prokurorluq üzrə 3.518 cinayət qeydə alınıb.

Cinayətlərin 74,4%-nin, ağır növlərinin 78,5%-nin, qeyri-aşkar şəraitdə baş verənlərin 60,4%-nin açılması təmin olunub. Şəxsiyyət əleyhinə olan 480 cinayətdən 93,5%-i, o cümlədən qəsdən adam öldürmələrin 94,4%-i , adam öldürməyə cəhdlərin 100%-i  (100%) açılıb.

Baş İdarənin və ərazi polis orqanlarının “Təhlükəsiz şəhər” xidmətinin operatorları tərəfindən  762 hadisə aşkarlanmış, kameraların arxiv görüntülərindən istifadə edilməklə 22 bağlı cinayət açılıb.

Təqsirləndirilən şəxs qismində axtarışda olan 708 nəfərdən 42,5%-i, ağır və xüsusilə ağır cinayətlərə görə axtarılan 340 nəfərdən isə 30,9%-i tutulub.

Narkotiklərlə bağlı aşkar edilmiş 351 fakt üzrə qanunsuz dövriyyədən 114 kq-dan çox narkotik  vasitə  çıxarılıb.

0
37