“Azərreyl” çempiona qalib gəldi

“Azərreyl” çempiona qalib gəldi

Bursada yerli bələdiyyənin təşkilatçılığı ilə keçirilən qadın voleybolçular arasında Cengiz Göllü turnirində çıxış edən “Azərreyl” ikinci matçına çıxıb. Apasport.az saytının məlumatına görə, ilk görüşündə yerli “Bursa Böyükşəhər Bələdiyyəspor”a məğlub olan komandamız bu dəfə tunirin keçənilki çempionu “Proton”a qalib gəlib.

Rəqibinə heç bir setdə şans verməyən “dəmiryolçular” 25:18, 25:21, 25:22 hesablı qələbələrə sevinib.

Qeyd edək ki, təmsilçimiz növbəti oyununu sabah “Maritza”ya qarşı keçirəcək.

0
10