Çavuşoğlu: “Aİ 3 milyard avronu yubatmadan ödəməlidir”

Çavuşoğlu: “Aİ 3 milyard avronu yubatmadan ödəməlidir”

Ankara Avropa İttifaqının miqrasiya sazişi ilə nəzərdə tutulmuş 3 milyard avronu yubatmadan Türkiyəyə köçürəcəyinə ümid edir.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu bu gün Ankarada mətbuat-konfransında Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu deyib.

“Biz Aİ ilə bir-biri ilə əlaqəli üç saziş imzalamışıq.  Üç milyard avro gecikdirmədən  köçürməlidir. Biz Aİ-dən cavab gözləyirik. Sazişlərimizi icra etməyə çağırırıq. Gəlin hamımızda narahatlıq yaradan prosesin qurbanı olmayaq”, - deyə nazir bildirib.  

0
12