“Metyu” qasırğası qurbanlarının sayı 100-ü keçdi

“Metyu” qasırğası qurbanlarının sayı 100-ü keçdi

 “Metyu” qasırğası nəticəsində ölənlərin sayı 102 nəfərə çatıb.

APA-nın “Röyters”ə istinadən verdiyi xəbərə görə, təbii fəlakət qurbanlarının əksəriyyəti – 98 nəfəri Haitidə qeydə alınıb.

“Metyu” qasırğasının yaxınlaşması səbəbindən Kybada bir milyondan çox adam təhlükəli ərazilərdən təxliyə edilib.

Qeyd edək ki, “Metyu” qasırğası 2007-ci ildən bu vaxtadək qeydə alınan tufanlardan ən güclüsüdür.

0
6