Bu ilin “ən gözəl şahzadəsi” sibirli oldu – FOTO

Bu ilin “ən gözəl şahzadəsi” sibirli oldu – FOTO

Bodrumda təşkil edilən 5-ci “Princess Of The Globe - 2016” yarışmasında Sibirdən olan 26 yaşlı Luliia Vaganova birinci olub. O, noyabr ayında Malayziyada təşkil ediləcək “Kainat gözəli” müsabiqəsində ölkəsini təmsil etmək hüququ qazanıb.

Oxu.Az Türkiyə KİV-nə istinadla xəbər verir ki, gözəllər ilk olaraq milli geyim ilə səhnəyə çıxıblar. Modellər daha sonra podiumda bikini və ziyafət paltarları ilə addımlayıblar.

Müsabiqəyə 24 ölkədən təmsilçi qatılıb. Yarışmada Türkiyəni 20 yaşlı model Sedanur Gürsel təmsil edib.

26 yaşlı rusiyalı Luliia Sukhinina ikinci, 26 yaşlı konqolu Catharine Mayila üçüncü, 25 yaşlı namibyalı Georgina Voronova dördüncü və 24 yaşlı rumıniyalı Denisa Georgiana Mladin beşinci yeri tutublar.

Aytən Sadıqzadə

0
6