Moskvalı azərbaycanlı ilə qucaqlaşandan sonra pulu yoxa çıxıb

Moskvalı azərbaycanlı ilə qucaqlaşandan sonra pulu yoxa çıxıb

Moskva polisi şəhər sakininin cibindən 47 min rubl (1200 manat) pulunu və mobil telefonunu çıxaran 47 yaşlı azərbaycanlını saxlayıb.

Oxu.Az Rusiya KİV-ə istinadən xəbər verir ki, hadisə Lesin küçəsində baş verib.

Azərbaycanlı moskvalı tanışına yaxınlaşaraq onu bərk-bərk qucaqlayıb və dərhal onun döş cibindən pulunu və “Nokia” markalı telefonunu götürüb.

Amma cibgir çox da uzağa gedə bilməyib. Bir neçə saatdan sonra Moskva polisi onu həbs edib.

N.O.

0
6