Uorlik Azərbaycan əsgərinin həlak olması ilə əlaqədar başsağlığı verib

Uorlik Azərbaycan əsgərinin həlak olması ilə əlaqədar başsağlığı verib

“Biz Dağlıq Qarabağ münaqişəsi ilə bağlı istənilən insan itkisinə görə təəssüflənirik və başsağlığı diləyirik”.

Oxu.Az-ın xəbərinə görə, bu sözləri APA-ya açıqlamasında ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik Ermənistan silahlı qüvvələrinin cəbhədə atəşkəsi pozması nəticəsində Azərbaycan əsgərinin həlak olmasına münasibət bildirərkən deyib.

“Biz tərəfləri atəşkəsə hörmət etməyə, təmas xəttində və Ermənistan-Azərbaycan sərhədində gərginliyi azaltmaq üçün addımlar atmağa çağırırıq. Bu kimi addımlar həllə apara biləcək danışılar üçün şərait yaratmaq baxımından çox vacibdir”, - deyə diplomat bildirib.

N.O.

0
7