Azərbaycan Kubokunun püşkü atıldı

Azərbaycan Kubokunun püşkü atıldı

Futbol üzrə Azərbaycan Kubokunun 2016/2017-ci illər mövsümünün püşkatma mərasimi keçirilib.

Oxu.Az xəbər verir ki, Trend-in məlumatına görə, 18 komandanın iştirakı ilə baş tutan püşkatma mərasimində Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev, klub nümayəndələri, eləcə də jurnalistlər iştirak ediblər.

Püşkatma nəticəsində 1/16 final və 1/8 final mərhələsinin cütlükləri müəyyənləşib. Bu mərhələlərin taleyini bir oyun həll edəcək. ¼ final mərhələsindən etibarən görüşlər ev-səfər prinsipinə uyğun keçiriləcək.

Azərbaycan Kuboku

1/16 final

12 oktyabr

1. “Turan Tovuz” - “Bakılı”

2. “Şəmkir” - “Qaradağ Lökbatan”

1/8 final

2-3 dekabr

3. 1-ci cütün qalibi - “Zirə”

4. “Neftçi” -“Şərurspor”

5. “Qarabağ” - “Səbail”

6. MOİK - “Sumqayıt”

7. “İnter” – 2-ci cütün qalibi

8. “Şahdağ” - “Kəpəz”

9. “Qəbələ” - “Zaqatala”

10. AZAL - “Rəvan”

1/4 final

11-13/21-22 dekabr

11. 3-cü cütün qalibi – 4-cü cütün qalibi

12. 5-ci cütün qalibi – 6-cı cütün qalibi

13. 7-ci cütün qalibi – 8-ci cütün qalibi

14. 9-cu cütün qalibi – 10-cu cütün qalibi

1/2 final

30 mart/5 aprel

15. 11-ci cütün qalibi – 12-ci cütün qalibi

16. 13-cü cütün qalibi – 14-cü cütün qalibi

Final

5 may

17. 15-ci cütün qalibi - 16-cı cütün qalibi

E.Ə.

0
11