Bakıda 17 yaşlı oğlan atasını öldürdü

Bakıda 17 yaşlı oğlan atasını öldürdü

Bakı şəhəri, Xəzər rayonunun Binə qəsəbəsi, Südçülük Sovxozunda baş verən qətl hadisəsinin təfərrüatı məlum olub.

Oxu.Az “Report”-a istinadən xəbər verir ki, Gədəbəy rayon sakini, 17 yaşlı Kənan Qasımov atası Qulu Qasımovun ürək nahiyəsinə bir bıçaq zərbəsi vurub.

Məlumata görə, K.Qasımov hadisə baş verməzdən əvvəl pisxoloji sarsıntı keçirib. Belə ki, o, bir neçə gün əvvəl təhsil aldığı liseydən yarımçıq çıxıb. Bundan sonra valideynləri K.Qasımovu evləndirmək istəyib. O isə atasına evlənməyəcəyini bildirib. Q.Qasımov isə oğlunu evləndirməkdə israr edib.

Bundan əsəbiləşən K.Qasımov atasını öldürmək üçün mətbəxdən bıçaq götürərək yanına gəlib.

O, atasını bıçaqla ürəyindən vurmaq istəsə də, ürəyinin dəqiq yerini bilməyib. Bu səbəbdən yeniyetmə əlini öz ürəyinin üstünə qoyub. Bu üsulla o, atasının ürək nahiyəsini tapıb və bıçağı Q.Qasımovun ürəyinə sancıb.

K.Qasımov tutulub.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

E.Ə.

0
14