Ceyms Uorlik: Həmsədrlər bu ayın sonu regiona səfər edəcəklər

Ceyms Uorlik: Həmsədrlər bu ayın sonu regiona səfər edəcəklər

ATƏT-in Minsk qrupu həmsədrləri bu ayın sonu regiona səfər edəcəklər.

Oxu.Az xəbər verir ki, bu barədə APA-ya açıqlamasında Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik deyib.

O səfərin dəqiq tarixinin hələlik məlum olmadığını deyib. Amerikalı həmsədr səfər zamanı ölkə prezidentləri ilə görüşəcəklərinə ümid etdiklərini bildirib.

C.Uorlik, həmçinin Fransanın növbəti sammiti keçirməklə bağlı təklifini alqışladığını bildirib:

“Fransa, Rusiya və ABŞ ATƏT-in Minsk qrupu həmsədr ölkələri olaraq davamlı sülhə gətirib çıxara biləcək vasitəçilik səylərini davam etdirmək üçün birlikdə sıx işləyirlər”, - deyə Uorlik bildirib.

Diplomat Ermənistanda gələn il keçiriləcək parlament seçkiləri öncəsi danışıqlarda fasilə yarana biləcəyi ehtimalına da cavab verib: “Mənim Ermənistandakı seçkilər barədə şərh vermək səlahiyyətim yoxdur. Lakin tərəflər sülh yolu ilə həllə sadiqdirlər və biz bunun dəyişəcəyini gözləmirik”.


N.O.

0
6