Zaxarova Kerrinin Qarabağ bəyanatını şərh etdi

Zaxarova Kerrinin Qarabağ bəyanatını şərh etdi

Rusiya Xarici İşlər Nazirliyinin xüsusi nümayəndəsi Mariya Zaxarova ABŞ dövlət katibi Con Kerrinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı son bəyanatını - Dağlıq Qarabağ münaqişəsinin nizamlanması hazırda mümkün deyil, belə ki, liderlər hazır deyil - “Moskva-Baku” portalına şərh edib.

Oxu.Az xəbər verir ki, Mariya Zaxarova bu barədə qısa danışıb:

“Münaqişənin nizamlanması bəyanatlardan deyil, gördüyümüz işlərdən asılıdır”.

Daha öncə Vaşinqtonda Aspen elmi-tədqiqat institutu və “Atlantik” həftəlik nəşri tərəfindən təşkil olunmuş illik 8-ci forumda ABŞ-ın dövlət katibi Con Kerri bəyan etmişdi ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün şərait yaranmayıb.

Onun sözlərinə görə, “Hazırda dünyada dondurulmuş münaqişələr mövcuddur, onlardan biri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsidir. Dağlıq Qarabağ münaqişəsinin nizamlanması hazırda mümkün deyil, belə ki, liderlər hazır deyil”.

Rusiya xarici işlər naziri Sergey Lavrovun Yerevana oktyabrın 14-də səfəri zamanı KTMT iclasında erməni həmkarı ilə Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının müzakirəsi planlaşdırıldığına dair suala cavab verərkən Zaxarova “xüsusi tədbir planlaşdırılmır, amma tədbir çərçivəsində fikir mübadiləsi, əlbəttə ki, mümkündür” deyib.


N.O.

www.oxu.az

0
7