Ermənistanda mayor Marutyan mühakimə edilir

Ermənistanda mayor Marutyan mühakimə edilir

38 yaşlı kəşfiyyatçı Azərbaycana işləməkdə ittiham edilir.

Dövlətə xəyanətdə ittiham edilən 38 yaşlı kəşfiyyatçı, mayor Qarik Marutyanın məhkəmə işi bundan sonra qapalı aparılacaq.

Oxu.Az “News.am”a istinadən xəbər verir ki, bu barədə qərar aprelin 20-də Armavir vilayətinin ümumi ədliyyəsinin məhkəmə iclasında qəbul edilib. 

Müvafiq müraciəti prokuror təqdim edib. Prokuror öz tələbini işdə dövlət sirri olan məlumatların olması ilə izah edib. 

İttihama görə, Qarik Marutyan uzun illər müxtəlif hərbi hissələrdə kəşfiyyat rəisi vəzifəsində çalışıb, sosial şəbəkə vasitəsilə Türkiyədə fəaliyyət göstərən Azərbaycan xüsusi xidmətləri ilə əlaqə saxlayıb və pul müqabilində naməlum olan, o cümlədən də dövlət sirri olan məluamtları ötürüb. 

 Marutyan dövlətə xəyanətdə ittiham edilir və ona qarşı 229 maddənin 1 bəndinə dair cinayət işi açılıb. 

Marutyanın vəkili Marine Farmanyanın sözlərinə görə, onun müvəkkilinin onunla internetdə əlaqə saxlayan adamı əsgər yoldaşı Vazgen Kirakosyan bilib. 

“Xarici casus özünü Vazgen kimi təqdim edib və ona dair informasiyaya malik olub. Bu, Qarik Marutyanı yanıldıb. Heç bir sövdələşmə olmayıb. Velosiped və pul əsgər yoldaşından hədiyyə kimi verilib”, - vəkil bildirib. 

0
27