"Fənərbaxça"nın sabiq futbolçusu bıçaqlanıb: vəziyyəti kritikdir

"Fənərbaxça"nın sabiq futbolçusu bıçaqlanıb: vəziyyəti kritikdir

Türkiyənin “Fənərbaxça” klubunun keçmiş futbolçusu Öndər Turacı bıçaqlanıb.

Lent.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, Belçikanın 3 liqa klubunda oynayan futbolçu qaynı tərəfindən sinəsindən və kürəyindən bıçaqlanıb.

Hadisə Belçikanın Saint-Nicolas şəhərində qeydə alınıb. Öndər Turacı uşağı barəsində keçmiş arvadı ilə mübahisə edib. Bundan sonra qadın qardaşını hadisə yerinə çağırıb. Bu zaman qaynı Öndər Turacını bıçaqlayıb.

Faktla bağlı araşdırma aparılır.

0
6