Manat bahalaşacaq – PROQNOZ

Manat bahalaşacaq – PROQNOZ

Neftin qiyməti ilin sonuna qədər 50 dollar/bareldən yuxarı olacaq.Azərbaycanda dolların rəsmi məzənnəsi 1,55 AZN/USD səviyyəsinə kimi düşə bilər.

Oxu.Az xəbər verir ki, “Report”un analitik qrupu hesab edir ki, neft qiymətlərinin 50 dollar/barel səviyyəsini keçməsi manatın möhkəmlənməsinə gətirib çıxarıb.

Neft qiymətlərinin bu səviyyədə qalması ilin sonuna qədər manatın cari səviyyədən 3-5% bahalaşmasına gətirib çıxaracaq.

Qeyd edək ki, hazırda “Brent” və “AzeriLight” markalı neft sortları təxminən 52 dollar/barelə satılır. Noyabrın 30-da Vyanada keçiriləcək OPEK ölkələrinin sammitində neft hasilatının azaldılması nəzərdə tutulur ki, bu da neftin qiymətinin ilin sonuna qədər 50 dollar/bareldən yuxarı olacağı ehtimallarını artırıb.

Analitik qrup hesab edir ki, 2016-cı ilin yekununda Azərbaycanda dolların rəsmi məzənnəsi ilin əvvəlindəki 1,56 AZN/USD səviyyəsindən aşağı enə bilər:

“Lakin məzənnənin bu il 1,50 AZN/USD səviyyəsinin üstündə olacağı ehtimal edilir”.

U.A.

0
7