Bakıda evdə saxlanılan vəhşi heyvan itib – FOTO

Bakıda evdə saxlanılan vəhşi heyvan itib – FOTO

Bakıda evdə saxlanılan yenot qaçıb.

Oxu.Az xəbər verir ki, Lent.az-ın məlumatına görə, hadisə Binəqədi rayonu 9-cu mikrorayon, Mir Cəlal küçəsində baş verib.

Sentyabrın 30-da evdən naməlum şəraitdə yoxa çıxan vəhşi heyvanı tapmaq mümkün olmayıb. Heyvanın sahibi onun yoxa çıxması ilə bağlı bildiriş kağızlarını divarlara yapışdırıb.

Bildiriş kağızlarında heyvan sahibinin əlaqə vasitələri qeyd edilib.

E.Ə.

0
9