Bakıda manyak tələbə qıza hücum etdi

Bakıda manyak tələbə qıza hücum etdi

Bakı Dövlət Universitetinin tələbələri qorxulu anlar yaşayıb. Belə ki, ali müəssisənin həyətində olan manyak tələbə qızlardan birinə hücum edib. Oğlanların səyi nəticəsində manyak ərazidən uzaqlaşdırılıb.

Oxu.Az xəbər verir ki, bu barədə məlumatı “Bizim Yol”a hadisənin şahidi olduğunu bildirən şəxs bildirib.

Onun sözlərinə görə, manyakın əlində bıçaq olub.

Bakı Dövlət Universitetinin mətbuat xidmətinin rəhbəri Pərvanə İbrahimov bildirib ki, bu barədə ali təhsil müəssisəsinə hər hansı bir məlumat daxil olmayıb.

E.Ə.

0
4