Süleyman Rüstəmin yubiley tədbiri keçirilib – FOTO

Süleyman Rüstəmin yubiley tədbiri keçirilib – FOTO

Oktyabrın 5-də M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Xalq şairi, Sosialist Əməyi Qəhrəmanı, ictimai-siyasi xadim Süleyman Rüstəmin anadan olmasının 110 illiyinə həsr olunan yubiley tədbiri keçirilib.

Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Yazıçılar Birliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə respublikanın bir sıra elm, mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.

Bu barədə Oxu.Az-a nazirliyin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.

Əvvəlcə qonaqlar unudulmaz şairin həyat və yaradıcılığını əks etdirən 200-dək kitabın yer aldığı sərgi ilə tanış olublar. Daha sonra şairin ömür yolunu əks etdirən fotoslayd nümayiş olunub.

Tədbirdə mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev çıxış edərək S.Rüstəmin həyat və yaradıcılığından danışıb.

Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar şairin zəngin yaradıcılığından söz açıb.

Tədbir konsert proqramı ilə davam edib. Konsertdə S.Rüstəmin şeirlərinə bəstələnmiş mahnılar ifa olunub, şeirləri səsləndirilib.

A.S.

0
19