Cüdo Federasiyasından zorlamada təqsirləndirilən baş məşqçi barədə açıqlama

Cüdo Federasiyasından zorlamada təqsirləndirilən baş məşqçi barədə açıqlama

“Cüdo üzrə Azərbaycan milli komandasının baş məşqçisi Peter Zayzenbaherlə bağlı baş vermiş hadisə yeni deyil. Bu hadisələr hələ 2000-ci illərin əvvəlində baş verib”.

Oxu.Az xəbər verir ki, bu sözləri Modern.az saytına açıqlamasında Cüdo Federasiyasının mətbuat xidmətinin rəhbəri Elnur Əşrəfoğlu deyib.

O deyib ki, hələ iki ay bundan əvvəl də P.Zayzenbaherin pedofiliyada təqsirləndirildiyi haqda məlumatlar yayılmışdı:

“Onda biz Peter Zayzenbaherlə əlaqə saxladıq. O, barəsində belə bir iddianın Vyana Məhkəməsi tərəfindən qaldırıldığını bildirdi. Məhkəməyə gedərək, öz ifadəsini də verib.

Peter Zayzenbaher məhkəmədə özü barəsində qaldırılmış iddiaları rədd edib. Deyib ki, belə bir hadisə baş verməyib. Ona görə də, biz də Cüdo Federasiyası olaraq, hansı addımları atacağımız barədə məhkəmənin qərarını gözləməliyik”.

Mətbuat xidmətinin rəhbəri bildirib ki, Azərbaycan Cüdo Federasiyasının avstriyalı məşqçi Peter Zayzenbaherlə şərti müqaviləsi olub.

“Müqavilədə də Olimpiya Oyunlarına qədər yığma komandanın baş məşqçisi olacağı göstərilib. Olimpiya Oyunları bitdiyinə görə də bizim onunla hər hansı rəsmi müqaviləmiz yoxdur”.

Xatırladaq ki, cüdo üzrə Azərbaycan yığmasının baş məşqçisi və ikiqat Olimpiya çempionu Peter Zayzenbaherin pedofiliyada ittiham olunması barədə ilk xəbəri xarici media yayıb.

Orda qeyd olunub ki, Zayzenbaher 2 azyaşlı qızı zorlamaqda və daha bir azyaşlı qıza hücum etməkdə ittiham olunur. Bildirilib ki, o, qızlardan birini 3 il ərzində müntəzəm zorlayıb.

Vyana prokurorluğu bütün bu hadisənin 90-cı illərdə baş verdiyini bildirir. Yaxın vaxtlarda onun məhkəmə prosesi başlayacaq.

U.A.

0
7