Əməkdar artist: "Namus, qeyrət məsələsində başım salamatdır"

Əməkdar artist: "Namus, qeyrət məsələsində başım salamatdır"

“Biz tərəflərdə qadın bir dəfə ərə gedə bilər”. Lent.az-ın məlumatına görə, bu sözləri əməkdar artist Elnarə Abdullayeva  “5/5” verilişində deyib:
“Bizlərdə həyat yoldaşı bir dəfə olur. Birinci ölür, ikinciyə ərə getmək olmaz. Yoldaşını erkən itirən xanımlar belə, ikinci dəfə ərə getmir. Bizim nəsildə bu cür şey ola bilməz. Xalq, millət diqqətlidir. Bir-iki ağzıboş nə gəldi yazır. Heç kimdən gizlinim yoxdur. Kimsə gəlib deyə bilməz ki, gözün üstə qaşın var. Mən bu həyatda vicdanla yaşadım. Namus, qeyrət məsələsində başım salamatdır. Bir hünərli oğlan varsa, çıxıb dediklərimin əksini söyləsin. Azərbaycan balacadır, nə etsən hamı bilir. Qadın qeyrətli, imanlı, vicdanlı olmalıdır”.

0
7