Türkiyədə Azərbaycan gecəsi keçirilib

Türkiyədə Azərbaycan gecəsi keçirilib

Türkiyənin Alanya şəhərində 13-cü Beynəlxalq  Caz festivalı keçirilir. Lent.az-ın məlumatına görə, Alanya bələdiyyəsinin təşkilat­çılığı ilə keçirilən Festivalın qapanış gecəsi isə ilk dəfə olaraq bütünlüklə Azərbaycana həsr edilib.

Festival çərçivəsində Azərbaycan günü gecəsi  dövlət müstəqilliyimizin bərpasının 25-ci il dönümünə həsr olunub. Tədbirə millət vəkilləri, tanınmış ziyalılar, Azərbaycan diasporunun nümayəndələri də dəvət alıb.

Alanya bələdiyyə başqanı Adəm Murat Yücel millət vəkilləri Nizami Cəfərovu, Qənirə Paşayevanı, Musa Qasımlını və ATV kanalının Bədii Şurasının sədri, tanınmış telejurnalist Etibar Babayevi  səhnəyə dəvət edib. Bakı səfərinin xoş təəssüratları ilə bölüşən  Başqan dostluq əlaqələrinin möh­kəmlənməsində iqtisadi bağlılıqlarla yanaşı, mədəni-kütləvi tədbirlərin, şəxsi dostluq münasibət­lərinin müstəsna  əhə­miyyətini də xüsusi vurğulayıb. Adəm Yücel eyni zamanda Azərbaycan-Türkiyə Parla­ment­lər arası əlaqələr üzrə işçi qrupun üzvləri olan millət vəkillərinə minnət­dar­lığını bil­dirib.

Millət vəkilli Qənirə Paşayeva tədbirdə çıxış edib: "Türkiyənin gücü gücümüz, sevinci sevincimiz, kədəri kədərimiz olduğu kimi,  Azərbaycanın da gücü sizin gücünüz, sevinci sevinciniz, kədəri kədərinizdir. Gənc nəsillərin də bu ruhda yetişməsi üçün daha da çox çalışmaq isə bizim nəslin tarixi missiyasıdır".

0
7