Beynəlxalq Bankın müflis elan edilməsi təhlükəsi gözlənilmir

Beynəlxalq Bankın müflis elan edilməsi təhlükəsi gözlənilmir

Bank əlavə borclanmaya getməyəcək.“Azərbaycan Beynəlxalq Bankının müflis elan edilməsindən söhbət gedə bilməz”.

Oxu.Az “Report”a istinadən xəbər verir ki, bunu Bankın İdarə Heyətinin sədr müavini Elmir Həbibullayev deyib.

“Bankın sağlamlaşdırılması üçün dövlət bizə öz dəstəyini göstərir. Hazırda əsas məqsədimiz aktivlərimizin və passivlərimizin həcmini azaltmaqdır. Buna görə də hansısa borclanmaya getmək fikrində deyilik”, - deyə E.Həbibullayev qeyd edib.

U.A.

0
34