Beynəlxalq Sığorta Şirkətinin bağlanma səbəbi

Beynəlxalq Sığorta Şirkətinin bağlanma səbəbi

Oktyabrın 12-də səhmdarların yığıncağında müzakirəyə çıxarılacaq Beynəlxalq Sığorta Şirkətinin bağlanma ehtimalı onun aşağı maliyyə göstəriciləri ilə bağlıdır.

Oxu.Az Trend-ə istinadən xəbər verir ki, bunu sığorta şirkətinin 100 faizlik təsisçisi olan Azərbaycan Beynəlxalq Bankının İdarə heyətinin sədr müavini Elmir Həbibullayev deyib.

Onun sözlərinə görə, hazırda Beynəlxalq Bankda optimallaşdırılma prosesi gedir: “Hazırda Beynəlxalq SIğorta Şirkətinin maliyyə göstəriciləri bizi qane etmir və biznes baxımından bizim üçün maraqlı deyil, buna görə də Sığorta Şirkətinin ləğvi məsələsinin səhmdarların müzakirəsinə çıxarılmasını qərara aldıq”.

A.M.

0
22