Rusiyada Müslüm Maqomayevin xatirəsinə həsr edilən konsert olacaq

Rusiyada Müslüm Maqomayevin xatirəsinə həsr edilən konsert olacaq

Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) Nijni Novqorod regional bölməsi və Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (RAGB) Nijni Novqorod nümayəndəliyi Müslüm Maqomayevin Mədəni-Musiqi İrsi Fondunun dəstəyi ilə Rusiyanın bu şəhərində SSRİ Xalq Artisti, görkəmli opera və estrada müğənnisi, bəstəkar Müslüm Maqomayevin xatirəsinə həsr olunan konsert təşkil edəcək.

Oxu.Az AZƏRTAC-a istiandal xəbər verir ki, M.Maqomayevin repertuarından olan mahnıları Ümumrusiya və beynəlxalq estrada mahnıları müsabiqələrinin laureatı Nikolay Penyakin səsləndirəcək. N.Penyakin oxşar konsertlərlə Azərbaycanda və Rusiya şəhərlərində dəfələrlə çıxış edib.

Tədbirin proqramına Müslüm Maqomayevin həyat və yaradıcılığından bəhs edən fotoşəkillər, bioqrafik kitablar və musiqi irsi sərgisi də daxildir. Konsertdə, həmçinin digər ifaçıların və yaradıcı kollektivlərin iştirakı nəzərdə tutulur.

Konsert proqramı oktyabr ayının 29-da baş tuatcaq.

A.S.

0
6