Türkiyə-Suriya sərhədində partlayış: 20 ölü

Türkiyə-Suriya sərhədində partlayış: 20 ölü

Türkiyənin Suriya ilə sərhədinə yaxın ərazidə partlayış olub. Lent.az “Milliyət”ə istinadən xəbər verir ki, sərhəd keçid məntəqəsində növbə dəyişikliyi zamanı partlayış törədilib. Azad Suriya Ordusunun nəzarətindəki ərazidəki partlayış nəticəsində azı 20 nəfər həyatını itirib. Terror aktı ilə bağlı məsuliyyəti İŞİD üzərinə götürüb.

Partlayışın olduğu Atma bölgəsi Türkiyənin Hatay vilayətinin bir neçə kilometrliyində yerləşir.

Rəsmi Ankara hadisəni qəti şəkildə pisləyib.

0
31