Sərhəddən külli miqdarda rus rublu keçirmək istəyiblər

Sərhəddən külli miqdarda rus rublu keçirmək istəyiblər

Xaçmaz Gömrük İdarəsinin “Xanoba” gömrük postunun piyada keçid xəttindən istifadə etməklə Rusiyaya səyahət edən Azərbaycan vətəndaşının əl yükünə rentgen cihazı vasitəsilə baxış keçirilib.

Oxu.Az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata əsasən, yoxlama zamanı 2 ədəd polietilen bağlamadan əvvəlcədən gömrük orqanına bəyan olunmayan 225 ədəd 5000-lik, 615 ədəd 1000-lik və 520 ədəd 500-lük əsginaslar olmaqla, ümumilikdə 2 milyon rus rublu aşkar edilərək götürülüb.

A.M.

0
6