Almaniya Rusiyaya qarşı yeni sanksiyalar hazırlayır

Almaniya Rusiyaya qarşı yeni sanksiyalar hazırlayır

Almaniya hökuməti yeni Rusiya əleyhinə yeni sanksiyaların tətbiq edilməsi imkanını müzakirə edir.

Oxu.Az xəbər verir ki, bu barədə müzakirələrin gedişatından xəbərdar olan mənbəyə istinadən “The Wall Street Journal” yazır.

Nəşrin məlumatına görə, məhdudiyyətlər Moskvanın Suriyadakı siyasətinə cavab olmalıdır.

Həmsöhbətin məlumatına görə, hazırda yeni iqtisadi məhdudiyyətlərə dair müzakirə ilkin mərhələdədir. Hələlik təklifin Merkelin hökumət koalisiyasında tərəfdaşları olan sosial-demokratların – Xristian Demokratik İttifaqının dəstəkləyəcəyi məlum deyil.

N.O.

0
36