Əfqanıstana 15,2 milyard dollar vəsait ayrılıb

Əfqanıstana 15,2 milyard dollar vəsait ayrılıb

Azərbaycanı konfransda xarici işlər naziri Elmar Məmmədyarov təmsil edib. Donor-dövlətlər yaxın 4 ildə Əfqanıstanın inkişafına 15,2 milyard dollar ayırmağı vəd ediblər.

Oxu.Az TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə beynəlxalq əməkdaşlıq üzrə avrokomissar Neven Mimitsa bəyan edib.

“Bu gün 15,2 milyard vəsait topladığımızı bəyan etmək sevindirici haldır”, - o deyib.

Yekun sənəddə beynəlxalq ictimaiyyət və Əfqanıstan ölkədə sülhə, təhlükəsizliyə, dayanıqlı inkişafa və rifaha nail olmaq üçün əməkdaşlığı gücləndirməyə səy göstərir. “Onlar qeyd ediblər ki, müəyyən irəliləyiş əldə edilib, amma ölkənin qarşılaşdığı problemlər bu nailiyyətlərin saxlanılması və gələcəkdə daha böyük nailiyyətlər əldə etmək üçün səylər davam etməlidir”, - bəyanatda deyilir.

Yeni irəliləyiş əldə etmək üçün konfrans iştirakçıları üç əsas istiqamətdə işləmək barədə razılığa gəliblər.

“Əfqanıstanda dövlət və institusional quruluş, dayanıqlı beynəlxalq dəstək və 2020-ci ilə qədər maliyyələşdirmə, iqtisadi inkişafa yardım və regional iqtisadi kooperasiyanın yaxşılaşdırılması məqsədi ilə, eləcə də sülhə və atəşkəsə nail olmaq üçün siyasi prosesə regional və beynəlxalq dəstək”, - yekun sənəddə göstərilir.

70-dən çox ölkə və 20 təşkilat oktyabrın 4-də Brüsseldə başlayan Əfqanıstan üzrə ikigünlük konfransda iştirak edib. Konfransın əsas məqsədi əfqan hökumətinə islahatların keçirilməsinə və ölkədə sülhün bərqərar olmasına həsr edilib.

Azərbaycanı konfransda ölkənin xarici işlər naziri Elmar Məmmədyarov təmsil edib.

0
5