BMT-nin yeni baş katibi Antonio Quterriş ola bilər

BMT-nin yeni baş katibi Antonio Quterriş ola bilər

BMT-nin yeni baş katibi Portuqaliyanın sabiq baş naziri Antoniu Quterriş ola bilər.

Oxu.Az xəbər verir ki, bu barədə “Azadlıq radiosu” BMT-nin diplomatlarına istinadən məlumat yayıb.

“BMT-nin Təhlükəsizlik Şurasında veto hüququ olan beş ölkədən heç biri Quterrişin namizədliyinə qarşı rəy bildirməyib. Rəsmi olaraq BMT-nin baş katibi oktyabrın 6-da səhər seçiləcək”, - məlumatda deyilir.

BMT-nin baş katibi Təhlükəsizlik Şurasının tövsiyəsi ilə Baş Assambleya tərəfindən seçilir. Bu zaman yalnız qeyri-formal müzakirələr və reytinq səsverməsi keçirilir. Qəbul olunmuş təcrübəyə görə, BMT-nin baş katibi Təhlükəsizlik Şurasına daimi üzv olan ölkələrdən seçilmir.

2007-ci ildən bu vəzifədə olan hazırkı baş katib Pan Gi Munun ikinci səlahiyyət müddəti gələn ilin yanvarın 1-də başa çatır.

Xatırladaq ki, Quterriş 1995-ci ildən 2002-ci ilə qədər Portuqaliyanın baş naziri olub. 2005-ci ildən 2015-ci ilə qədər BMT-də qaçqınlar üzrə komissar vəzifəsində çalışıb.

N.O.

0
13