Manat bahalaşmaqda davam edir

Manat bahalaşmaqda davam edir

Azərbaycan Mərkəzi Bankı (AMB) manatın oktyabrın 6-na olan rəsmi məzənnəsini açıqlayıb.

AMB-dən Oxu.Az-a verilən məlumata görə, ABŞ-ın milli valyutası olan dolların məzənnəsi oktyabrın 5-i ilə müqayisədə 0,49% ucuzlaşaraq 1,6036 manat olub.

Avro da manata nisbətən ucuzlaşıb. Avrozonanın vahid valyutası 1,8077 manatdan 1,7956 manata düşüb. Əsas ticarət tərəfdaşlarımızdan biri olan Rusiyanın milli valyutası rubl oktyabrın 5-i ilə müqayisədə dəyişməyərək 0,0257 manat olub.

Türkiyə lirəsinin məzənnəsi isə 0,5270 manatdan 0,5248 manatadək ucuzlaşıb. Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,0518 manatdan 2,0396 manata düşüb.

U.A.

0
6