İsrail pilotu Qəzzanı bombaladıqdan sonra ölüb

İsrail pilotu Qəzzanı bombaladıqdan sonra ölüb

Çərşənbə günü İsrail Hərbi Hava Qüvvələrinin pilotu ölkənin cənubundakı Ramon aviabazası ərazisində “F-16” qırıcısından katapult edən zaman ölüb.

Oxu.Az RİA Novosti agentliyinə istinadən xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.

Məlumata əsasən, şturman da təyyarəni tərk edib və yüngül xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Təyyarə Qəzzada əməliyyat tapşırığından qayıdıb.

İsrailin Müdafiə Ordusu nümayəndələri pilotu katapult etmək məcburiyyətində qoyan səbəblərin hazırda məlum olmadığını bildiriblər. İnsidentin araşdırılmasına başlanılıb.

A.M.

0
6