Ata iki uşağını öldürdü, sonra intihar etdi

Ata iki uşağını öldürdü, sonra intihar etdi

ABŞ-ın Biverton şəhərində (Oreqon ştatı)  kişi iki uşağını  güllələyərək öldürüb, sonra intihar edib.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, adı açıqlanmayan kişi 6 yaşlı oğlu və 8 yaşlı qızını öldürüb, daha sonra özünü güllələyib.

Məlumata görə, kişinin və iki uşağın meyiti həyat yoldaşı tərəfindən aşkarlanıb.

Polis faktla bağlı araşdırma aparır.

0
8