Rusiyalıların əksəriyyəti Leninin nəşinin dəfn edilməsini istəyirlər

Rusiyalıların əksəriyyəti Leninin nəşinin dəfn edilməsini istəyirlər

“Lenin mavzoleyi - cəlbedici turistik obyektdir”.

Rusiyalıların çoxu hesab edir ki, Vladimir Leninin nəşini mütləq dəfn etmək lazımdır.

Oxu.Az xəbər verir ki, bu barədə Ümumrusiya ictimai fikrin öyrənilməsi mərkəzinin (ÜİFÖM) keçirdiyi sorğunun nəticələrinə dair dərc edilmiş məlumatda bildirilib. 

Məlumata görə, bu fikri sorğuda iştirak edənlərin 60%-i dəstəkləyir.

Bununla yanaşı, sorğuda iştirak edənlərin 36%-i rəhbərin cəsədinin mümkün qədər tez dəfn edilməsinin tərəfdarıdır, 24%-i isə “onu əziz tutuan” nəslin getməsini gözləməyi təklif edir.

Bundan başqa, sorğuda iştirak edənlərin üçdə biri Leninin cəsədinin mavzoleydə qalmalı olduğunu düşünür. 

“Cəmiyyətin böyük hissəsi tərəfindən Lenin Mavzoleyinə ideoloji rəmz deyil, cəlbedici turistik obyekt kimi baxılır. Bu, Leninin obrazının qeyri-sakrallaşmasını göstərir”, - ÜİFÖM-un Monitorinq və elektoral tədqiqatlar idarəsinin layihələr rəhbəri Mixail Mamonov bildirib. 

0
23