Məşhur futbolçu qumar oynamaqda ittiham olunur

Məşhur futbolçu qumar oynamaqda ittiham olunur

“Qlazqo Reyncers”in yarımmüdafiəçisi Coe Barton mərc oyunlarına pul qoyuluşu etməkdə ittiham olunur. Apasport.az saytının məlumatına görə, Şotlandiya Futbol Federasiyası bu barədə açıqlama yayıb.

Bildirilib ki, o, bu ilin iyulundan sentyabr ayına qədər 44 oyuna pul qoyuluşu edib. Şotlandiya qanunlarına görə, klub rəsmilərinin, oyunçularının və baş məşqçilərinin totalizatorlara pul qoyuluşu etməsi qadağandı.

İngilis futbolçu oktyabrın 12-nə qədər özünü müdafiə etməlidir. Onun taleyi haqqında son qərar isə həmin ayın 27-də veriləcək.

Qeyd edək ki, karyerası ərzində “Mançester Siti”, “Nyukasl”, “Olimpik” (Marsel) kimi klublarda çıxış etmiş Bartonun son klubu “Bernli” olub. O, mövsümün əvvəlində “Qlazqo Reyncers”ə keçsə də, komanda yoldaşları ilə yola getmədiyi üçün hazırda məşq etmir və heç bir oyuna çıxmayıb.

0
6