Türkiyədə daha 540 hərbi qulluqçu vəzifəsindən azad olunub

Türkiyədə daha 540 hərbi qulluqçu vəzifəsindən azad olunub

Türkiyədə dövlət çevrilişində ittiham edilən Fətullah Gülən ilə əlaqədə şübhəli bilinən 540 hərbi qulluqçu müvəqqəti olaraq vəzifəsindən azad edilib.

Oxu.Az-ın xəbərinə görə, bu barədə Anadolu agentliyi ölkənin Baş Qərargahının bəyanatına istinadən məlumat verir.

Bildirilir ki, Hərbi Hava Qüvvələrində 427, Hərbi Dəniz Qüvvələrində isə 113 nəfər işdən çıxarılıb. Onlardan 368-i zabitdir.

S.B.

0
8