Roma Papası Qarabağ münaqişəsinin yeganə həll yolunu açıqladı

Roma Papası Qarabağ münaqişəsinin yeganə həll yolunu açıqladı

Dağlıq Qarabağ münaqişəsinin həll etməyin yeganə yolu tərəflər arasında sülh danışıqlarıdır.

Oxu.Az-ın RİA Novosti-yə istinadən xəbərinə görə, bu barədə Roma Papası Fransisk Qafqaz regionuna səfərinin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.

“Hesab edirəm ki, Dağlıq Qarabağ münaqişəsinin yeganə həll yolu tərəflər arasında beynəlxalq normalar çərçivəsində sülh danışıqlarının aparılmasıdır. Münaqişəsinin hərbi yolla həlli yoxdur. Digər yol müharibədir, müharibə isə həmişə dağıntılara səbəb olur, şəhərlər və kəndlər xarabalığa çevrilir. Sülh üçün dua etmək lazımdır”, - Roma Papası bildirib.

S.B.

0
6