Minsk qrupu cəbhə xəttində keçirilən monitorinqlə bağlı bəyanat yayıb

Minsk qrupu cəbhə xəttində keçirilən monitorinqlə bağlı bəyanat yayıb

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşik oktyabrın 5-də Goranboy rayonunun Gülüstan kəndi yaxınlığında yerləşən Azərbaycan və Ermənistan qoşunlarının qarşıdurma xəttində keçirilən monitorinqlə bağlı bəyanat yayıb.

Oxu.Az-ın Report-a istinadən məlumatına görə, sənəddə bildirilir ki, ATƏT-in Minsk qrupunun həmsədrləri və ATƏT sədrinin şəxsi nümayəndəsi Dağlıq Qarabağ münaqişəsi üzrə vəziyyətin stabiləşməsi və danışıqlar prosesində irəliləyişə nail olmaq üçün səylərini davam etdirir.

Bəyanatda vurğulanıb ki, bəzi kütləvi informasiya vasitələrində ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin ofisi atəşkəsin pozulmasını qeydə almamaqda ittiham edilir:

“Biz atəşkəsin pozulmasını hadisə yerində olarkan qeydə alırıq, yaxud da səhra köməkçilərinin informasiyalarına etibar edirik. Mən bir daha qeyd etmək istəyirəm ki, bizim bu cür insidentləri araşdırmaq mandatımız yoxdur”.

S.B.

0
11