Türkiyə Azərbaycana yeni korvetlər tədarük etməyə hazırdır

Türkiyə Azərbaycana yeni korvetlər tədarük etməyə hazırdır

Türkiyə gəmiqayırma, hərbi gəmilərin istehsalı sahələrində Azərbaycanla təcrübəsini bölüşməyə, eləcə də Azərbaycan Hərbi Dəniz Qüvvələrinin (HDQ) modernləşdirilməsi və yenidən təchizatına kömək etməyə hazırdır.

Oxu.Az-ın Anadolu agentliyinə istinadən məlumatına görə, bu barədə Türkiyənin “Savunma Teknolojileri Muhendislik ve Ticaret AS” (STM) şirkətinin baş direktoru Davud Yılmaz deyib.

STM şirkəti Bakıda keçirilən II Azərbaycan beynəlxalq müdafiə sərgisində (“ADEX-2016”) iştirak edib.

“Biz Azərbaycan Hərbi Dəniz Qüvvələrinin modernləşdirilməsi və yenidən təchizatına kömək etməyə hazırıq. Azərbaycanın yeni hərbi gəmilərə ehtiyacı var və STM şirkəti Azərbaycan HDQ üçün MİLGEM korvetlərini tədarük edə bilər”, - Yılmaz deyib.

Onun sözlərinə görə, bu məsələ ilə bağlı Azərbaycan tərəfi ilə danışıqlar 2,5 ildir ki davam edir.

STM şirkətinin baş direktoru qeyd edib ki, “ADEX-2016” sərgisində Türkiyə HDQ üçün hazırlanmış sürətli patrul katerləri və korvetlər nümayiş olunub.

S.B.

0
11