Havada Rusiya-NATO müharibəsi - QIRICILAR TOQQUŞDU

Havada Rusiya-NATO müharibəsi - QIRICILAR TOQQUŞDU

Avropada Norveçdən İspaniyanın şimalına doğru uçan Rusiya hərbi təyyarələri aşkarlanıb. Lent.az Türkiyə mediasına istinadən xəbər verir ki, 4 Avropa ölkəsinin hərbi hava qüvvələri birgə Rusiya qırıcılarını Avropa sərhədlərindən çıxarmağa məcbur edib.

Bildirilir ki, hadisə sentyabrın 22-də baş verib. Rusiyaya məxsus “TU-160 Blackjack” tipli qırıcılar xəbərdarlıqlara baxmayaraq uçuşa davam edib. Dərhal Norveç, İngiltərə, Fransa və İspaniyadan hərbi təyyarələr səmaya qalxıb və Rusiya təyyarələri əhatəyə alınıb. Nəhayət həmin təyyarələri geri qaytarmaq mümkün olub və NATO ölkələrinə məxsus hərbi təyyarələr Şotlandiya sahillərinədək rus qırıcılarını müşayət edib.

Fransanın Müdafiə Nazirliyi olayı təsdiqləyib.

0
6